AZ

Rusiya köhnə T 72 tanklarını yenidən döyüşə hazırlayır

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiyanın əsas tank istehsalçısı olan Uralvaqonzavod köhnə T-72 tanklarının modernizasiyasına başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Militarnı” portalı yazır.

Hərbi ekspertlərin qənaətinə görə, Rusiya ordusu daha yeni T-72B modifikasiyalarının ehtiyatını demək olar ki, tükədib. Zirehli texnika üzrə tədqiqatçı Andrey Tarasenko zavod sexlərində sovet dövründən qalan T-72A tanklarının modernizasiya edildiyini müşahidə edib. Kadrlarda “Relikt” dinamik mühafizə sistemi ilə təchiz olunmuş yenilənmiş tanklar görünür.

Analitiklər hesab edir ki, 2026–2027-ci illərdə zavodun əsas yükünü məhz bu köhnə maşınların təmiri təşkil edəcək. Omsk zavodunun da T-80B ehtiyatlarını 2026-cı ilin sonuna qədər bitirəcəyi proqnozlaşdırılır. Yeni tankların kütləvi istehsalının mümkün olub-olmayacağı isə sual altındadır.

“Frontelligence Insight” mərkəzinin məlumatına görə, Rusiya yaxın 10 ildə 800-dən çox tankı T-72B3M səviyyəsinə qədər təmir etməyi planlaşdırır. Sənədlərə əsasən, 2036-cı ilədək ümumilikdə 828 maşının modernizasiyası nəzərdə tutulur. Ekspertlər bildirir ki, köhnə T-72A-ların müasir səviyyəyə çatdırılması elektronika, zireh və mexanizmlərin demək olar ki, tam yenilənməsini tələb edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
2
sherg.az

3Mənbələr