AZ

Gənclərdən möhtəşəm nəticə: Avropa çempionatında medallar - FOTO

Serbiyanın Belqrad şəhərində keçirilən IMMAF (Beynəlxalq Qarışıq Döyüş Növləri) Avropa çempionatında Azərbaycan idmançıları uğurlu çıxış ediblər.

İdman.Biz xəbər verir ki, müxtəlif yaş kateqoriyalarında mübarizə aparan təmsilçilərimiz bir neçə medal qazanmağı bacarıblar.

“Youth A” (2008-2009) qrupunda Əli Ataşov (88,5 kq) qızıl, Fatimə Qəribova (47,6 kq) gümüş, Hüseyn Hüseynov (52,2 kq) isə bürünc medal əldə edib.

“Youth B” (2010-2011) kateqoriyasında Zeynal Nürəddinli (57 kq) və Kənan Qulizadə (44 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

“Youth D” (2014-2015) yaş qrupunda Murad Qarayev (34 kq) bürünc medala sahib olub.

“Junior” (18-20 yaş) kateqoriyasında isə Nərmin Əliyeva (52,2 kq) qızıl medal qazanaraq millimizin uğuruna töhfə verib.

İdman.Biz
Seçilən
37
1
idman.biz

2Mənbələr