Hindistan Rusiyadan 288 ədəd “S-400” raketi alacaq.
Bizim.Media “Hindustan Times” nəşrinə istinadən xəbər verir ki, müdafiə naziri Rajnath Singhin sədrliyi ilə keçirilən Müdafiə Satınalmaları Şurası Rusiyadan 10 min krore rupi (1,2 млрд dollar) dəyərində 288 ədəd S-400 zenit-raket sisteminin alınmasına icazə verib.
Təsdiqlənmiş müqavilə 120 ədəd qısa mənzilli və 168 ədəd uzaq mənzilli raketi əhatə edəcək və alış sürətləndirilmiş prosedur (Fast Track Procedure, FTP) çərçivəsində həyata keçiriləcək. Hindistan Müdafiə Nazirliyi də ehtiyatların bərpası məqsədilə Rusiyadan 288 ədəd "S-400" zenit-raket kompleksinin alınmasını təsdiqləyib.
Hindistan Hərbi Hava Qüvvələri Rusiyadan əlavə beş S-400 kompleksi və “Pantsir” qısa mənzilli sisteminin alınmasını da dəstəkləyir.
Hindistan artıq bağlanmış müqavilələr əsasında daha iki "S-400" sistemini cari ilin iyun və noyabr aylarında təhvil alacaq.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta