AZ

“Bu, adamı məyus edir” - Azər Bağırov ucuz qollardan danışdı

"Kəpəz" klubunun baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 20-ci turunda "Neftçi" ilə oyundan sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, növbəti görüşlərdə daha yaxşı oynayıb etimadı doğrultmağa çalışacaqlarını deyib.

Bağırov ilk hissədə planlaşdırdıqlarını reallaşdıra bilmədiklərini qeyd edib və komandanın çox ucuz qollar buraxdığını bildirib və bunun məyusluq yaratdığını söyləyib.

Baş məşqçi qapıçı mövqeyi ilə bağlı danışarkən vurğulayıb ki, Yusif İmanovun səhvləri var və bunlar təhlil olunur, qərarlar veriləcək.

Yapon legioner Ryonosuke Ohorinin heyətdə olmamasına gəlincə, baş məşqçi futbolçunun gözündə problem yaşadığını və dincəlməsinə qərar verildiyini açıqlayıb.

Qış transferlərinin azlığı barədə danışan mütəxəssis isə Ceferson Bentonun gedişinin komanda üçün ciddi itki olduğunu deyib. Onun sözlərinə görə, riskə gedib qısa müddətli legioner götürmək düzgün deyil:

“Cefersonun gedişini başa düşmədik. Vitor Fejao həyat yoldaşının hamilə olduğunu və övladını burada dünyaya gətirə bilmədiyini söylədi, icazə verdik. Cefersona icazə verə bilərdik. Beyni qarışıq idi, icazəsiz çıxıb getdi, bizi pis vəziyyətdə qoydu”.

İdman.Biz
Seçilən
28
1
idman.biz

2Mənbələr