ABŞ Müdafiə Nazirliyi İran neftinin daşınmasına görə sanksiyalar altında olan "Veronica III" tankerinin saxlanıldığını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, gəmi ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi karantini aşmağa cəhd edib.
Pentaqon açıqlamasında bildirib: "Biz onu Karib dənizindən Hind okeanına qədər izlədik, əhatə dairəsini azaltdıq və dayandırdıq. Başqa heç bir ölkənin buna imkanı, dayanıqlığı və ya istəyi yoxdur. Beynəlxalq sular sığınacaq deyil. Quru, hava və ya dəniz yolu ilə sizi tapıb ədalət mühakiməsinə verəcəyik. Müdafiə Nazirliyi qanunsuz qurumlara və onların vəkillərinə dənizdə hərəkət azadlığını məhdud edəcək".
Aynur Babazadə