AZ

Gəncədə motosiklet aşdı, sürücü yaralandı

Gəncədə yol  qəzası olub.

"Yeni Sabah" xəbər verir ki, hadisə şəhərin 1-ci mikrorayon ərazisində baş verib. Hərəkətdə olan motosiklet idarəetmədən çıxaraq aşıb. Qəza zamanı motosikletin sürücüsü - 2004-cü il təvəllüdü R.Əliyev xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
24
2
yenisabah.az

3Mənbələr