AZ

İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 9 nəfər həlak olub

İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) Qəzza zolağına endirdiyi zərbələr nəticəsində doqquz fələstinli həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə fevralın 15-də "Reuters" agentliyi Fələstinin mülki administrasiyasına istinadən məlumat yayıb.

Administrasiya nümayəndələrinin sözlərinə görə, dörd nəfər məcburi köçkünlər üçün nəzərdə tutulmuş çadır düşərgəsinə endirilən zərbə, daha beş nəfər isə Xan-Yunisə edilən hücum nəticəsində həyatını itirib.

Öz növbəsində, İsrail rəsmisi bildirib ki, hava zərbələri Fələstinin HƏMAS hərəkatı tərəfindən atəşkəs rejiminin pozulmasından sonra həyata keçirilib.

Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, anklavda atəşkəs elan edildiyi andan bəri İsrailin zərbələri nəticəsində azı 600 fələstinli öldürülüb.

Seçilən
13
ikisahil.az

1Mənbələr