Rusiyada kilsəyə hücum olub.
Azreform.info xəbər verir ki, bu barədə "Baza" Teleqram kanalı məlumat yayıb.
Qeyd edilib ki, qanlı insident Çelyabinskdə baş verib. Belə ki, bıçaqla silahlanmış bir kişi səhər ibadəti zamanı kilsəyə girərək iki qadını yaralayıb.
Teleqram kanalının məlumatına görə, hadisə "Neçayannaya Radost" Kilsəsində baş verib. Cinayətkar kilsədə fəaliyyət göstərən qadına və bura gələn bir nəfərə xəsarət yetirib.
Hər iki qurban xəstəxanaya aparılıb. Bir qadına sarğı, digərinə isə tikiş qoyulub.(publika.az)