AZ

"Qarabağ"a qələbə arzulayıram, Azərbaycan buna layiqdir!"

“Neftçi” azarkeşlərini qələbə münasibəti ilə təbrik edirəm. Bir neçə həftə “Forza Neftçi”nin doğum günü idi. Həmin vaxtı xəstələnmişdim və orada iştirak edə bilmədim. Ona görə də fanatlardan üzr istəyirəm ki, orada iştirak edə bilmədim. Onlar daim bizə dəstək verir və biz də belə nəticələr əldə edirik. Sambu və Vensan Abubakara gəldikdə, hər ikisi yaxşı forvarddır. Fərqli planlarda oynayırlar. Məşqçi kimi mənə seçim etmək çətindir. Amma həm Sambunun, həm də Abubakarın oyunundan razıyam. Onlara qol vurması mənə xoşdur. Amma gördüyüm odur ki, özlərini də çox dəyişiblər. Öz üzərilərində daha çox işləyib, daha çox komanda üçün oynayırlar. Belə davam etsələr, daha yaxşı oynayacaqlar.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının 20-ci turunun “Kəpəz” – “Neftçi” görüşündən sonra keçirilmiş mətbuat konfransında Yuri Vernidub deyib.

“Ağ-qaralar”ın baş məşqçisi jurnalistlərin suallarını da cavablandırıb.

– İki həftəlik fasilə sizi necə qayğılandırır və vəziyyətdən necə çıxmağı düşünürsüz?

Bu oyundan sonra istirahət olacaq. Qarşıdakı həftə oyunumuz yoxdur. Rəhbərlikdən xahiş etmişəm ki, yoxlama görüşü keçirəcək. Olmasa, öz aramızda oynayacağıq. Bunu komandanı tonusda saxlamaq üçün edirik.

Seçilən
116
publika.az

1Mənbələr