AZ

Vernidub Qarabağ a uğur arzuladı: Bu, Azərbaycanın xeyrinədir

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

Misli Premyer Liqasının 20-ci turu çərçivəsində bu gün Yevlaxda "Kəpəz"i 3:1 hesabı ilə məğlub edən "Neftçi"nin baş məşqçisi Yuri Vernidub oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, ukraynalı mütəxəssis belə danışıb:

"İlk növbədə "Neftçi" azarkeşlərini təbrik edirəm. Bur neçə həftə öncə "Forza-Neftçi"nin ad günü idi. Həmin vaxt xəstələnmişdim. Tədbirdə iştirak edə bilmədiyim üçün rəhbərlikdən və azarkeşlərdən üzr istəyirəm.

Bassala Sambu və Vensan Abubakara gəlincə, hər ikisi yaxşı oyunçudur. Mənə seçim etmək çətindir. Amma bu gün hər ikisindən razı qaldım. Hər ikisinin qol vurması xoşdur. Görünən budur ki, öz üzərlərində yaxşı işləyirlər. Bu oyundan sonra istirahətləri olacaq. Gələn həftə oyunumuz yoxdur. Rəhbərlikdən yoxlama görüşü keçirməyi xahiş etmişəm. Alınmasa, öz aramızda ikitərəfli oyun olacaq. Komandanı formada saxlamaq lazımdır. Gazırda futbolçuların öz işlərinə münasibəti çox yaxşıdır. Bu yöndə daha çox çalışmalıyıq. Həmişə demişəm ki, bizim komandada ulduz yoxdur, ailə var. Komandada ulduzlar olanda onları idarə etmək çətindir.

"Qarabağ"la oyunun təxirə salınması mövzusunu artıq bağlamaq vaxtıdır. Belə deyim, özüm də rəhbərliklə görüşdüm və belə qərar verdik ki, Azərbaycan komandasına dəstək olaq. "Qarabağ"a "Nyukasl"la matçda uğurlar arzulayıram. Bu, Azərbaycanın xeyrinədir və ölkə buna layiqdir.

Azarkeşsiz futbolun marağı olmur. Həmişə yanımızda olsunlar. Onlarla fəxr edirəm və çox sevinirəm ki, "Neftçi"nin belə böyük bir azarkeş ordusu var”.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
1
fanat.az

2Mənbələr