AZ

ABŞ qüvvələri İran nefti daşıyan tankeri ələ keçirdi

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ hərbi qüvvələri sanksiya siyahılarında olan və İran nefti daşıyan “Veronica III” tankerini ələ keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi sosial media hesabında məlumat yayıb.

“Biz onu Karib dənizindən Hind okeanına qədər izlədik, məsafəni azaltdıq və dayandırdıq”, – deyə bildirilib.

Əməliyyatın insidentsiz bitdiyi qeyd olunub.

Xatırladaq ki, fevralın 9-da Pentaqon ABŞ-ın Hind okeanında Amerika sanksiyalarını pozduğu iddia edilən bir neft tankerini də saxlamışdı.

Əliyar Xəlil

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
globalinfo.az

1Mənbələr