AZ

Suriya ordusu ABŞ-dan növbəti hərbi bazanı təhvil alıb

Suriya hökuməti ABŞ-dan növbəti hərbi bazanı təhvil alıb. Suriya ordusunun bölmələri ölkənin şimal şərqindəki əl-Şəddadə hərbi bazasında və ətrafında yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilir. Vurğulanır ki, ABŞ tərəfi ilə koordinasiya şəraitində Suriya qüvvələri Hasəkə rayonundakı əl-Şəddadə bazasında yerləşiblər.

Xatırladaq ki, bir neçə gün bundan qabaq Suriya hökuməti ölkənin cənubundakı mühüm Tanf hərbi bazasını da ABŞ-dan təhvil alıb.

Seçilən
23
6
day.az

7Mənbələr