AZ

Siyahının zirvəsində “İnter Mayami” rekord dəyərə çatdı

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın "İnter Mayami" klubu MLS-də ən bahalı komanda elan olunub.

İdman.Biz xəbər verir ki, Forbes jurnalının yenilənmiş reytinqində Florida təmsilçisinin dəyəri 1,35 milyard dollar (təxminən 2,3 milyard AZN) göstərilib. Kommersiya artımında Lionel Messinin transferi mühüm rol oynayıb. Klub bilet satışlarını yüksəldib, sponsor müqavilələrini genişləndirib və gəlirli beynəlxalq turlara start verib.

Komandanın gəlirləri demək olar ki, dörd dəfə artıb – 2022-ci ildəki 56 milyon dollardan (təxminən 95 milyon AZN) ötən mövsümün yekununda 200 milyon dollara (təxminən 340 milyon AZN) çatıb. Argentinalı ulduzun müqaviləsi 2028-ci ilin sonuna qədər uzadılıb. Həmçinin 25 min azarkeş tutumuna malik Miami Freedom Park stadionuna köçdən sonra gəlirlərin daha da artacağı gözlənilir.

Forbes versiyasına görə MLS-in ən bahalı 10 klubu:

1. "İnter Mayami" – 1,35 milyard dollar (təxminən 2,3 milyard AZN)

2. "Los Anceles" – 1,32 milyard dollar (təxminən 2,24 milyard AZN)

3. "Los Anceles Qalaksi" – 1,08 milyard dollar (təxminən 1,84 milyard AZN)

4. "Nyu York Siti" – 1,02 milyard dollar (təxminən 1,73 milyard AZN)

5. "Atlanta Yunayted" – 1 milyard dollar (təxminən 1,7 milyard AZN)

6. "Sietl Saunders" – 860 milyon dollar (təxminən 1,46 milyard AZN)

7. "Ostin" – 855 milyon dollar (təxminən 1,45 milyard AZN)

8. "Kolambus Kru" – 805 milyon dollar (təxminən 1,37 milyard AZN)

9. "Sinsinnati" – 800 milyon dollar (təxminən 1,36 milyard AZN)

10. "San Dieqo" – 795 milyon dollar (təxminən 1,35 milyard AZN)

Beləliklə, Messinin təsiri tək meydanda yox, klubun maliyyə göstəricilərində də açıq hiss olunur.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
75
1
icma.az

2Mənbələr