AZ

Rusiyada “Aurus”un istehsalı dayandırılır – Alıcı yoxdur

“Rus Rolls-Roysu” adlanan “Aurus” avtomobillərinin Elabuqa zavodundakı istehsalı dayandırılır.

"Ölkə.az" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, avtomobilin alışı dayandırılıb.

“Vəziyyət olduqca sadədir: məmurlar və dövlət şirkətləri artıq avtomobilləri alıblar, lakin adi insanlar 50-70 milyon rubl dəyərində avtomobili ala bilmirlər. Xaricdə bu avtomobilə maraq demək olar ki, yoxdur. Hətta Kim Çen İn da hədiyyə edilmiş “Aurus”u sürdükdən sonra yenidən “Mercedes-Maybax”a keçib. Zavodun hazırda yeni sifarişləri yoxdur, lakin 80 milyon avrodan çox borcu var”, - məlumatda qeyd olunub.(Axar.az)

Seçilən
10
1
olke.az

2Mənbələr