AZ

Qrup oyunlarına yekun vuruldu, qaliblər müəyyənləşdi - FOTO

AFFA-nın təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və UEFA-nın dəstəyi ilə “Məktəbli Qızlar” turnirində Bakı şəhərinin Nəsimi və Səbail rayonları üzrə qrup mərhələsinin son görüşləri keçirilib.

İdman.Biz xəbər verir ki, qrupda 8, 6, 189-190, 7 və 132-134 nömrəli məktəblər mübarizə aparıblar. Nəticədə 8 və 6 nömrəli məktəblər növbəti mərhələyə vəsiqə qazanaraq Bakı birinciliyində iştirak hüququ əldə ediblər.

189-190 nömrəli məktəb mərkəz olaraq seçildiyi üçün qrup matçları məhz həmin təhsil müəssisəsində təşkil olunub. İlkin seçmə oyunları başa çatdıqdan sonra AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, qurumun əməkdaşları və qadınlardan ibarət U-19 millisinin üzvləri turnirdə iştirak edən oyunçu və məşqçilərlə görüşüblər.

İdman.Biz
Seçilən
63
2
idman.biz

3Mənbələr