Axsham.az saytından alınan məlumata görə, ain.az bildirir.
Əməkdar artist Abbas Bağırov 12 il sonra yenidən solo konsert verib.
Axşam.az xəbər verir ki, Heydər Əliyev Sarayında gerçəkləşən gecədə müğənnini Xalq artisti Ənvər Sadıqovun rəhbərlik etdiyi "Qaytağı" qrupu müşayiət edib.
Gecəyə "Cənnətdir Bakı" mahnısı ilə başlayan Bağırov bir-birinin ardınca mahnılarını səsləndirib. İfaçı tamaşaçılarla söhbətlər edərək, mahnılarının tarixcəsindən bəhs edib.

Həyəcanını gizlədə bilməyən Abbas "Bu günü 12 ildir gözləyirdim. Nəhayət Sevgililər gününə təsadüf etdi. Mənim üçün sevginin günü, ayı yoxdur. Sevgi mənim üçün hər gün və hər andır. Bu gün sizin sevginiz mənim üçün dünən də, bu gün də var, sabah da olacaq. Bu gün üzərində böyük bir komanda çalışıb. Hamıya təşəkkür edirəm. Ənvər Sadıqov mənim ustadımdır. Bu gün bu səhnədə durmağımın səbəbkarıdır. Eyni zamanda ailəmə təşəkkür edirəm, bu gün buradadırlar" sözlərini deyib.
Bir-birinin ardınca müğənni "Necə unudum səni", "Mənə yad olan tanış", "Aləm gözəl", "Ayrılıq", "Danma", "Gəncə", "Qızım" mahnılarını ifa edib. Gecədə "Şükriyyə" mahnısını oxuyan sənətçiyə Xalq artisti Emil Əfrasiyab sürpriz edib. O, səhnəyə gələrək pianoda Abbası müşayiət edib.
"Dünyanın ən xoşbəxt insanıyam. çünki xoşbəxt bir ailədə böyümüşəm, xoşbəxt bir ailənin sahibiyəm. Bir də sevənlərimə sahibəm. Mahnılarımda bəzi sözlər var, onların heç birini yaşamamışam" deyə, Bağırov tamaşaçılarla söhbətində əlavə edib.
Gecədə oğulları Raul və Murad səhnəyə çıxaraq, Abbasa sürpriz ediblər. Üç dəfə libasını dəyişən Abbas "Fasilə vermədik. Əslində hər iki ifadan sonra geyimimi dəyişməli idim, amma etmədim. İstədik gecə ancaq musiqi ilə dolu olsun" deyə, söyləyib.
Gecədə onu izləməyə gələnlər arasında Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, Xalq artisti Aygün Səmədzadə, Bəstəkar Xanım İsmayılqızı yer alıblar.
İfaçı gecədə onu izləməyə gələnlər arasında şəhid ailəli olduğunu deyib.
Foto: İlqam Cəbiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.