AZ

“Real” La Liqada penalti rekorduna imza atdı – ARENA.AZ

2025/2026-cı illər mövsümündə çempionluq uğrunda mübarizə aparan Madrid “Real”ı İspaniya La Liqasında yeni rekorda imza atıb.

Arena.az bu barədə İspaniya mətbuatına istinadən xəbər verir.

Madrid təmsilçisi buna La Liqanın 24-cü turunda doğma meydanda qarşılaşdığı “Real Sosyedad”ı 4:2 hesabıyla məğlub etdikləri oyunda nail olub. “Kral klubu” bu matçdakı qollardan ikisini penaltidən vurub.

Komanda cari mövsüm turnirdə 13 dəfə 11 metrlik cərimə zərbəsi yerinə yetirib. Bu isə ölkə çempionatında yeni rekorddur.

Xatırladaq ki, əvvəlki rekord “Barselona”ya məxsus idi. Kataloniya təmsilçisinin futbolçuları 1950/1951-ci və 2015/2016-cı illər mövsümlərində 12 penalti vurublar.

“Real” İspaniya La Liqasının cari mövsümündə keçirdiyi 24 oyunda 60 xal toplayıb və zirvədə qərarlaşıb. Komanda 24 oyunda 19 qələbə qazanıb, 3 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
24
11
arena.az

10Mənbələr