
"Qalatasaray"ın Çempionlar Liqasının pley-off mərhələsində "Yuventus"u qəbul edəcəyi qarşılaşmanın baş hakimi müəyyənləşib.
AFN.az xəbər verir ki, Çempionlar Liqasında mübarizə aparan Türkiyə təmsilçisi "Qalatasaray"ın pley-off mərhələsində İtaliya nəhəngi "Yuventus"u qonaq edəcəyi oyunu Niderland Futbol Federasiyasından Danni Makkeli idarə edəcək.
Niderlandlı hakim bu mövsüm UEFA Çempionlar Liqasının liqa mərhələsinin 6-cı turu çərçivəsində keçirilən və "Monako"nun "Qalatasaray"ı 1-0 hesabı ilə məğlub etdiyi oyunda da ədalət təmsilçisi olmuşdu.
Qeyd edək ki, "Qalatasaray" 17 fevral, çərşənbə axşamı günü "Yuventus"u qəbul edəcək. Mübarizənin revanş qarşılaşması isə 25 fevral, çərşənbə günü "Yuventus"un meydanında baş tutacaq.
İGİD