AZ

Barack Obama: "Yadplanetlilər gerçək ola bilər"

ABŞ-nin sabiq prezidenti Barak Obama yadplanetlilərin mövcudluğu ilə bağlı maraqlı açıqlama verib.

BAKU.WS xəbər verir ki, o, amerikalı bloger Brayan Koenə müsahibəsində bildirib ki, yadplanetlilərin real ola biləcəyinə inanır, lakin özü onları görməyib.

Obama zarafatla qeyd edib ki, prezident olduqdan sonra maraqlandığı ilk mövzulardan biri də bu məsələ olub.

Bununla belə, haqqında çoxsaylı şayiələr dolaşan "Area 51"də yadplanetlilərlə bağlı hər hansı gizli laboratoriyaya rast gəlmədiyini deyib.

Seçilən
24
1
far.az

2Mənbələr