AZ

Obama Trampın hesabında meymunla müqayisə olunmasına ilk dəfə reaksiya verdi

ABŞ-ın sabiq prezidenti Barak Obama hazırkı Ağ Ev administrasiyası dövründə siyasətin “kloun şousuna” çevrildiyini bildirib. Onun sözlərinə görə, amerikalıların əksəriyyəti Donald Trampın davranışlarını “son dərəcə narahatedici” hesab edir.

NOCOMMENT.az xəbər verir ki, Obama bu barədə çıxışı zamanı deyib: “Sosial şəbəkələrdə və televiziya ekranlarında bir növ kloun şousu gedir. Həqiqət isə odur ki, əvvəllər müəyyən etik qaydalara, ədəb-ərkan və tutduqları vəzifəyə hörmət etməyin vacib olduğunu düşünən insanlar arasında artıq heç kəs bunun üçün utanmır. Bu anlayış itirilib”.

Xatırladaq ki, fevralın 6-da Donald Trampın Truth Social hesabında yayımlanan qısa videonun sonunda Barak və Mişel Obama meymun obrazında təqdim olunmuşdu. ABŞ prezidenti həmin videonu pisləsə də, heç kimdən üzr istəməyib.

Seçilən
63
nocomment.az

1Mənbələr