AZ

“Sabah” “Araz Naxçıvan”la oyunda hansı qaydanı pozub? “Bank Respublika Arena”da problem

ain.az bildirir, Footbal-plus portalına istinadən.

AFFA İntizam Komitəsinin son iclasında cərimələnən klublar sırasında “Sabah” da var. Masazır təmsilçisi “Araz-Naxçıvan”la oyunda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələblərini pozduğuna görə 1000 manat ziyana düşüb.Redaksiyamıza daxil olan məlumata görə, “bayquşlar”ın cərimələnməsinin konkret səbəbi matçın keçirildiyi “Bank Respublika Arena”da isti su probleminin yaşanmasıdı.Bu barədə klubun mövqeyini öyrənmək məqsədilə “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Bəli, suya görə müəyyən problem yaşandı. Lakin məhz bu səbəbdən cərimə edilib-edilmədiyimizi bilmirik. Su ilə bağlı problemə gəlincə, son iki ildə bir-iki dəfə belə hal yaşanıb. Bəzi hallarda suyun isinməsi üçün gözləmək lazım gəlir. Bəlkə də futbolçular əvvəlcə suyun isti olmadığını görüb və duş almaq istəməyib. Problemin aradan qaldırılması yönündə çalışırıq”.

KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
icma.az

2Mənbələr