AZ

Epşteyn işi ilə bağlı yeni yazışmalar ortaya çıxdı

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“Epşteyn işi” ilə bağlı yeni yazışmalar ortaya çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” sızdırılmış sənədlərə istinadən məlumat yayıb.

Belə ki, məşhur maliyyəçi Ceffri Epşteyn Riqa model agentliyi “2B Riqa”dan mesajlar alıb.

Yazışmalara görə, Epşteyn 3 yanvar 2010-cu ildə adı gizli saxlanılan naməlum şəxsə məktub yazıb: “Evdəsən?”

Cavab olaraq ona, “Bəli, mən buradayam, vizamı təzə aldım. İstəsəniz, sabah “2B Riqaya” gedim, orada gözəl bədən quruluşları olan kiçik qızlar var. Amma üzləri qəribədir və o qədər də hündür deyillər”, deyə qarşılıq verilib. Epşteynin mesajlara cavab vermədiyi bildirilir.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
globalinfo.az

1Mənbələr