AZ

Мillimizin eks baş məşqçisi: "Siz Bethovenə üstünlük verərdiz, yoxsa Motsarta?"

Azərbaycan yığmasının sabiq baş məşqçisi Fernando Santuş Kriştiano Ronaldo ilə Lionel Messi arasında seçim etməyib.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis öz açıqlamasında bunları qeyd edib:

“Dahiləri müqayisə etmək olmaz. Siz Bethovenə üstünlük verərdiniz, yoxsa Motsarta?

Onlar təbiətən dahidirlər. Bəlkə də kimlərsə Messinin, kimlərsə isə Ronaldonun oyun üslubunu daha çox bəyənir.

Belə olanda yalnız bir yolla gedə bilərik – titul baxımından nələrə nail olduqlarına baxın. Kriştianu məhz burada qalib gəlir.

Amma məsələ belədirsə, baxmalı olduğumuz yeganə şey qazandıqları titullardır. Və bu baxımdan Kriştiano üstünlük təşkil edir."

38 yaşlı Messi karyerasında 963 matçda 787 qol vurub və 383 məhsuldar ötürmə edib, 40 yaşlı Ronaldo isə 1076 klub oyununda 812 qol vurub.

Seçilən
18
sportinfo.az

1Mənbələr