AZ

Zəlzələdən qorxanlara məsləhət:

Avropanın bəzi ölkələri var ki, orada seysmik fəallıq çox aşağıdır. Bu ölkələrdə heç vaxt zəlzələ olmayacaq. Metbuat.az xəbər verir ki, bu iddia ilə Türkiyənin tanınmış alimi, zəlzələ üzrə mütəxəssis Övgün Ahmet Ercan çıxış edib. Professor Ahmet Ercan həmin ölkələrin adlarını açıqlayıb: "Zəlzələdən qorxursunuzsa, Finlandiyaya, Danimarkaya, İsveçə, Norveçə, Belçikaya, Hollandiyaya köçün. Almaniya, Polşa, İrlandiya, Ukrayna, Latviya,Liitviya da zəlzələdən qorxanlara üçün ideal məkan sayılır. Bu ölkələrdə nəinki yaxın illərdə, hətta uzaq gələcəkdə də zəlzələnin baş vermək ehtimalı yoxdur".

Professor Türkiyənin bəzi əyalətlərini də "təhlükəsiz bölgə" elan edib. Onun sözlərinə görə, Qara dənizin sahilində yerləşən şəhər və rayonlar, Batman, Mardin, Siirt və Alanya da seysmik fəallığın aşağı olduğu coğrafi ərazi hesab olunur.

Seçilən
28
metbuat.az

1Mənbələr