ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Macarıstanın Baş naziri Viktor Orban bir daha Avropa İttifaqı (Aİ) hakimiyyətini tənqid edərək qeyd edib ki, “azadlığı sevənlər bu fikrə alışmalıdırlar ki, qorxmalı olduğumuz Şərq deyil, Brüsseldir”.
Gununsesi.info xəbər verir ki, bunu siyasətçi xalqa illik müraciətində açıqlayaraq, qarşıdan gələn parlament seçkilərindən əvvəl Aİ-nin “repressiv mexanizmini” dağıtmağı vəd edib.
“Putin haqqında qorxu dolu ifadələr primitiv və mənasızdır. Bununla belə, Brüssel reallıqdır və dərhal təhlükə mənbəyidir”, – deyən Orban Aİ-ni ötən əsrdə onilliklər ərzində Macarıstana hakim olan repressiv Sovet rejimi ilə müqayisə edib./Report
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.