AZ

İbrahim Tatlısəsin qızından 45 yaşlı Bayhanla bağlı ŞOK AÇIQLAMALAR – FOTO

İbrahim Tatlısəsin müğənni qızı Dilan Çıtak “TV8”də yayımlanan “Gel konuşalım” proqramında “Survivor” adasında yaşadıqları barədə səmimi açıqlamalar verib.

Dilan yarışmadakı həmkarı Bayhan Gürhan (Popstar Bayhan) haqqında indiyədək bilinməyən məqamları bölüşüb.

O bildirib ki, Bayhan pis niyyətli insan deyil, lakin olduqca sərt xarakterə malikdir. Dilan Çıtakın sözlərinə görə, Bayhanın danışıq tərzi və ifadələri bəzən digər iştirakçıları incidə bilir:

“Həqiqəti eşitmək istəyirsiniz? O, qətiyyən pis niyyətli deyil, amma sərt xarakteri var. Elə sözləri var ki, mismar kimi insana batır. Məsələn, Serhan ona kömək etmək istəyəndə “sən qarışma” dedi. Serhanın gözləri doldu. Hər şeyə qarışır, hər şeyi bildiyini düşünür. Xalqımız onun həyat hekayəsindən çox təsirlənib”.

Çıtak vurğulayıb ki, Bayhan sevilən iştirakçılardandır və tamaşaçılar həyat hekayəsinə görə ona daha həssas yanaşırlar.

DİKLAN.jpg (16 KB)

45 yaşlı Bayhan Gürhan daha əvvəl aparıcı Gökhan Çınarın təqdimatında yayımlanan “Katarsis X-TRA” verilişində uşaqlıq illərindən danışıb. O, anası ilə bağlı xatirələrini bölüşüb:

“Anamın həyatımızdan gedişi çox ağır idi. Bir gün birlikdə siçan dərmanı aldıq və evə getdik. Evə çatanda zəhəri stəkana tökdü. Əvvəl bacıma uzatdı, o, qəbul etmədi. Sonra mənə uzatdı. Mən içmək üzrə idim ki, bacım mane oldu. Sonda anam o zəhəri içdi. Yadıma düşən son şey onun qışqıraraq çölə çıxmasıdır. O andan sonra anamı bir daha görmədim. Mən çox ağır uşaqlıq yaşamışam”.

Seçilən
23
news365.az

1Mənbələr