AZ

Kremldən Ermənistana xəbərdarlıq

Qərb ölkələri Ermənistandan Moskva ilə geosiyasi qarşıdurmada bir alət kimi istifadə edirlər.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Diplomat qeyd edib ki, Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin siyasi xəttinin Rusiyanın maraqlarına zərər vurmadığını iddia etsə də, reallıq fərqlidir:

"Biz İrəvanın Qərb ölkələri və birlikləri ilə hərbi-siyasi və iqtisadi yaxınlaşmanı sürətləndirdiyini görürük. Ermənistanlı tərəfdaşlarımıza dəfələrlə bildirmişik ki, Qərb üçün (bunu orada artıq gizlətmirlər) Ermənistan sadəcə olaraq Moskvaya qarşı mübarizədə geosiyasi vasitədir".

Seçilən
45
1
publika.az

2Mənbələr