AZ

Gündə 20 dəqiqə gəzinti ürək tutması riskini nə qədər azaldır? Yeni araşdırma

Yeni aparılan genişmiqyaslı araşdırma göstərib ki, gündə cəmi 20 dəqiqə sürətli addımlarla gəzinti ürək-damar xəstəlikləri və xüsusilə də ürək tutması riskini 30–40 faizədək azalda bilər.

E-saglam.az xəbər verir ki, tədqiqatçılar bildirirlər ki, aktiv hərəkət qan dövranını yaxşılaşdırır, damarların elastikliyini artırır və ürəyə düşən yükü azaltdığı üçün müntəzəm fiziki fəaliyyət kritik əhəmiyyət daşıyır.

Mütəxəssislərin sözlərinə görə, gündəlik qısa gəzinti belə yüksək effektivliyə malikdir, çünki bədən ardıcıl hərəkət etdiyi zaman iltihabı azaltmağa, qanda “pis” xolesterolu aşağı salmağa və təzyiqi daha stabil saxlamağa kömək edir.

Araşdırmanın müəllifləri vurğulayırlar ki, nəticələr idmanla məşğul olmayan insanlar üçün xüsusilə vacibdir: “Sadəcə evdən bir dayanacaq artıq yerimək belə ürək tutması riskini əhəmiyyətli dərəcədə azaldır”.

Həkimlər hesab edir ki, gəzinti ən əlçatan profilaktik alışqanlıqlardan biridir və ürək xəstəliklərinin qarşısının alınmasında əsas həyat tərzi tövsiyəsinə çevrilməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
18
e-saglam.az

1Mənbələr