Martın sonunda Azərbaycanda keçiriləcək FIFA Series turnirinin matçlarının ikisinin məkanı bəlli olub.
“Rekord.az”ın əldə etdiyi məlumata görə, Oman, Syerra-Leone və Sent-Lusiyanın qonaq olacağı qarşılaşmalarından bəziləri Sumqayıtda oynanacaq.
Azərbaycan yığması Oman və Syerra-Leone ilə oynayacaq. Bu, matçlardan biri Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Bunun Oman və ya Syerra-Leoneyə qarşı olacağına hələ qərar verilməyib. Sumqayıtı millinin baş məşqçisi Ayxan Abbasov meydançanın vəziyyəti və azarkeş dəstəyi səbəbindən seçib.
FİFA Series-in bu qrupdakı Azərbaycanın olmadığı digər matçlarından biri də bu arenada baş tutacaq.