"Azərbaycan millisi UEFA Millətlər Liqasının D Liqasında bütün rəqiblərinə qalib gəlməyə borcludur".
Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında "Sumqayıt"ın və yığmanın hücumçusu Rüstəm Əhmədzadə deyib.
O, nəticə qazanmağın vacibliyini vurğulayıb:
"D Liqasında bizə kimin rəqib olmasının fərqi yoxdur. Hamıya qalib gəlməyə borcluyuq və minimum hədəfimiz C Liqasına yüksəlməkdir.
Fikrimcə, daha yuxarı pilləyə qalxmaq üçün şanslarımız çox yaxşıdır".
Azərbaycan millisi Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteynlə mübarizə aparacaq. Komanda ilk görüşünü sentyabrın 27-də Litva millisinə qarşı keçirəcək.