ain.az, Olke.az portalına istinadən məlumat verir.
Rusiya Ukraynanın BMT-nin himayəsi altında xarici administrasiyanın idarəetməsinə verilməsini digər ölkələrlə müzakirə etməyə hazırdır.
"Ölkə.az" xəbər verir ki, bu iddia ilə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a verdiyi müsahibədə çıxış edib.
O, ideyanı Vladimir Putinin ötən ilin martında irəli sürdüyünü deyib: "2025-ci ilin mart ayında Rusiya prezidenti Vladimir Putin Ukrayna məsələsində BMT-nin himayəsi altında xarici administrasiyanın yaradılmasının mümkün variantlardan biri olduğunu bildirib. Oxşar presedentlər dünya təşkilatının sülhməramlı fəaliyyəti çərçivəsində də baş verib. Ümumiyyətlə, Rusiya ABŞ, Avropa və digər ölkələrlə Kiyevdə müvəqqəti xarici administrasiyanın tətbiqi imkanlarını müzakirə etməyə hazırdır. Belə bir addım "Ukraynada demokratik seçkilərin keçirilməsinə və tamhüquqlu sülh müqaviləsinin və gələcək dövlətlərarası əməkdaşlıq haqqında qanuni sənədlərin imzalana biləcəyi etibarlı bir hökumətin yaradılmasına imkan verəcək. Eyni zamanda nəzərə almaq lazımdır ki, BMT münaqişədən təsirlənən ərazilərdə müvəqqəti beynəlxalq administrasiyaların yaradılması üçün rəsmi olaraq vahid mexanizm yaratmayıb”.
Qaluzin Şərqi Slavyaniyada, Baranya və Qərbi Sirmiumda, eləcə də Şərqi Timor və Kambocada toplanmış mövcud tarixi təcrübəni misal gətirib: “Ərazilərin müvəqqəti BMT administrasiyasına verilməsi adətən bir neçə mərhələni əhatə edir və bir sıra şərtlərə riayət etməyi tələb edir. İlk addım münaqişə tərəfləri arasında müvəqqəti administrasiya səlahiyyətlərinin BMT-yə verilməsi barədə birbaşa və ya vasitəçilər vasitəsilə razılığa gəlməkdir. Sonrakı hərəkətlərin proseduru və onların konkret məzmunu tərəflər arasında danışıqların mövzusu ola bilər”.
Qaluzin etiraf edib ki, “son zamanlar BMT-nin himayəsi altında Ukraynada xarici administrasiyanın tətbiqi ideyası ictimai formada müzakirə olunmayıb”.(Musavat.com)
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.