AZ

Sevgilisini 18 yaşlı modellə xəyanətə görə bağışladı

Rusiyada məşhur futbolçunun şəxsi həyatı ilə bağlı qalmaqal davam edir.

Publika.az yerli mediaya istinadən xəbər verir ki, xəbər verir ki, Sankt-Peterburqun "Zenit" komandasının futbolçusu Maksim Qluşenkovun sevgilisi Anna Neçayeva idmançı ilə münasibətlərini bərpa edib. O, mediada futbolçunun xəyanəti ilə bağlı xəbərlər yayılmasına baxmayaraq, Maksim ilə münasibinə son qoymamaq qərarına gəlib.

"Bu, futbolçunun 14 fevral Sevgililər Günündə "İnstaqram" hesabında Neçayeva ilə Dubaydan romantik bir şəkil paylaşmasından və onun hesabını etiketləməsindən sonra məlum olub", - Gazeta nəşri yazıb.

Xatırladaq ki, dekabrın əvvəlində 18 yaşlı model Kira Artamonova Qluşenkova qarşı ittihamlar irəli sürmüşdü. O, "İnstaqram" hesabında intim mesajların fotolarını paylaşaraq Qluşenkovu ifşa etmişdi. Qeyd olunub ki, onların ünsiyyəti Artamonovanın hələ 18 yaşı tamam olmamışdan başlayıb. Belə ki, 2024-cü ilin oktyabrında futbolçu sosial mediada onun şəkillərinə şərh yazıb və intim şəkillər göndərməsini istəyib.

Seçilən
14
publika.az

1Mənbələr