AZ

Mətbuat önünə çıxmadı - Spalletti qərarı ilə gündəm oldu

İtaliyanın "Yuventus" komandasının baş məşqçisi Luçano Spalletti çempionatın 25-ci turunda "İnter"lə oyundan sonra mətbuat konfransını boykot edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma gərgin atmosferlə yadda qalıb. Birinci hissənin sonlarında referi "Yuventus"un müdafiəçisi Pyer Kalyulunu meydandan kənarlaşdırıb. Bu qərar qonaqların məşqçilər heyətinin sərt etirazına səbəb olub və paltardəyişmə otağına gedən yolda hakimlə insident yaşanmaq həddinə çatıb.

Final fitindən sonra Spalletti jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.

Növbəti turda "İnter" səfərdə "Leççe" ilə üz-üzə gələcək, "Yuventus" isə doğma meydanda "Komo"nu qəbul edəcək. Hər iki görüş fevralın 21-də baş tutacaq. Hazırkı durumda milanlılar 61 xalla turnir cədvəlinə başçılıq edir, Turin təmsilçisi isə 46 xalla dördüncü pillədə qərarlaşıb.

İdman.Biz
Seçilən
45
3
idman.biz

4Mənbələr