AZ

XXV Qış Olimpiya Oyunları: Norveç medal sıralamasında liderdir FOTO

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarının medal sıralamasında Norveç birinci pillədə qərarlaşıb.Bizim.Media xəbər verir ki, sözügedən ölkə indiyədək olimpiadada 20 (10 qızıl, 3 gümüş, 7 bürünc) mükafat qazanıb.İtaliya (6 qızıl, 3 gümüş, 9 bürünc) ikinci, ABŞ (5 qızıl, 8 gümüş, 4 bürünc) üçüncü sıradadır.

 

Bu gün həmçinin bir neçə növdə yarışlar baş tutacaq. Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma fevralın 18-də slalom növündə qüvvəsini sınayacaq. Yarışlar İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina-dAmpetsoda keçiriləcək.

Daha əvvəl Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 63,63 xalla 29 idmançının mübarizəsində sonuncu yeri tutub və mübarizəni dayandırıb.Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
2
bizim.media

3Mənbələr