ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində dondurulmuş Rusiya aktivlərinin Ukraynanın maliyyələşdirilməsi üçün müsadirə edilməsi məsələsi yenidən müzakirə olunsa da, tərəflər ortaq məxrəcə gələ bilməyiblər.
Teleqraf "Der Spiegel" nəşrinə istinadən xəbər verir ki, Avropa liderləri arasında vəsaitin xərclənmə istiqamətləri barədə ciddi fikir ayrılığı yaranıb.
Məlumata görə, Almaniya hökuməti dondurulmuş aktivlərdən əldə edilən 90 milyard avrodan çox vəsaitin ABŞ istehsalı olan silahların alınmasına sərf olunmasını təklif edib.
Lakin rəsmi Paris bu təşəbbüsə kəskin etiraz edib. Fransa Prezidenti Emmanuel Makron israr edir ki, sözügedən vəsait xaricə deyil, ilk növbədə Avropada istehsal olunan silah sistemlərinin tədarükünə yönəldilməlidir.
Nəşr qeyd edir ki, Fransa və Almaniya arasındakı bu ziddiyyət səbəbindən Berlinin təklifi növbəti dəfə qəbul edilməyib və müzakirələr nəticəsiz qalıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.