AZ

Almaniyada “Volksbank”ın filialı qarət edildi

Bakı. Trend:

Almaniyanın Ştur şəhərində yerləşən Volksbank bankının filialıüç naməlum şəxs tərəfindən qarət olunub.

Trend xəbər verirki, bu barədə Bild qəzeti polisə istinadən məlumat yayıb.

Qarət iki gün əvvəl nahar fasiləsi zamanı baş verib.Cinayətkarlar işıq lüku vasitəsilə bankın zirzəmisinə daxil olaraq14 seyf qutusunu açıblar.

Hadisə yalnız bankın müştəriləri və əməkdaşları səhhətlərininpisləşməsi və ürəkbulanma şikayətləri ilə üzə çıxıb. Sonradan məlumolub ki, qarətçilər zirzəmiyə naməlum maddə püskürdüblər.

Qarət nəticəsində dəymiş ziyanın məbləği hələlik açıqlanmayıb.Polis faktla bağlı araşdırmaya başlayıb.

Seçilən
123
1
az.trend.az

2Mənbələr