AZ

Kreml Vensin regiona səfərini həzm edə bilmir



Azərbaycanın səfirliyinə iki ölkə silahla hücum edib. İran və Rusiya. İran Azərbaycanın ikinci Qarabağ müharibəsindən sonra regionda yaratdığı siyasi nizamı qəbul etməyərək müxtəlif üsullarla Azərbaycana təzyiq etməyə başladı. Heç bir təzyiq nəticə verməyərək, Tehranda Azərbaycan səfirliyinə qarşı silahlı terror həyata keçirdi.

Məhz Rusiya da Azərbaycanın Cənubi Qafqazda müstəqil siyasəti və yeni siyasi reallıqları narahatlıqla izləyir. Azərbaycana təzyiq etmek üçün Ukraynada Azərbaycan səfirliyini iki dəfə raket atəşinə tutdu.
İran və Rusiyanın Azərbaycanin səfirliyinə etdiyi hücum terror aktıdır.

Azərbaycan prezidenti İlham Əliyev Kiyevdə Azərbaycan səfirliyinə qarşı hücumu bilərəkdən həyata keçirdiyini qeyd etdi. Bu, Rusiyaya açıq mesaj idi. Prezidentin Kiyevdə səfirliyimizə qarşı açıq şəkildə bilərəkdən Rusiyanın hücum etməsini vurğulaması Moskvanın siyasi böhranı davam etdirdiyini göstərir.

ABŞ vitse-prezidenti D. Vensin Azərbaycana səfəri və imzalanan strateji Xartiyanı Kreml həzm edə bilmir.

Məhəmməd Əsədullazadə, siyasi şərhçi
Seçilən
28
1
newscenter.az

2Mənbələr