AZ

Ukrayna Baş Qərargahı: Son sutkada Rusiyanın 1250 hərbçisi zərərsizləşdirilib

BAKI, 15 fevral. TELEQRAF

Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı canlı qüvvə itkisi 1 milyon 253 min nəfəri ötüb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, 2022-ci il fevralın 24-dən 2026-cı il fevralın 15-dək Rusiya ordusunun ümumi döyüş itkiləri təxminən 1 253 270 nəfər təşkil edib. Təkcə son sutka ərzində Rusiya tərəfinin daha 1 250 hərbçisi zərərsizləşdirilib.

Müharibə başlayandan bəri Rusiya ordusunun məhv edilən hərbi texnikasının siyahısı aşağıdakı kimidir:

11 672 (+4) tank; 24 037 (+6) zirehli döyüş maşını; 37 293 (+11) artilleriya sistemi; 1 648 (+3) reaktiv yaylım atəşi sistemi (RYAS); 1 300 hava hücumundan müdafiə (HHM) sistemi; 435 təyyarə; 347 helikopter; 134 858 (+552) əməliyyat-taktiki səviyyəli PUA; 4 286 qanadlı raket; 29 gəmi/kater; 2 sualtı qayıq; 78 485 (+97) avtomobil texnikası və avtosistern; 4 071 xüsusi texnika.

Ukrayna tərəfinin məlumatına görə, fevralın 14-ü saat 22:00-a olan vəziyyətə əsasən, cəbhə xəttində ümumilikdə 191 döyüş toqquşması baş verib. Ən gərgin vəziyyət Pokrovsk istiqamətində müşahidə olunub . Rusiya qüvvələri bu istiqamətdə Ukrayna Müdafiə Qüvvələrinin mövqelərinə 51 dəfə hücum edib.

Seçilən
16
teleqraf.com

1Mənbələr