AZ

İsrail Ordusu Qəzzaya hava zərbələri endirdi, ölənlər var

İsrail Ordusunun gecə saatlarında Qəzzaya endirdiyi hava zərbələri nəticəsində 8 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bu barədə Fələstin KİV-ləri məlumat yayıb.

Məlumata görə, Qəzzanın cənubunda yerləşən Xan-Yunis bölgəsində endirilən zərbə nəticəsində dörd nəfər həyatını itirib. Daha dörd nəfər isə sektorun şimalında, Cəbəliyyə yaxınlığında endirilən hava zərbəsi zamanı ölüb.

Hazırda İsrail Ordusu hadisə ilə bağlı rəsmi açıqlama verməyib. The Times of Israel nəşri isə yazıb ki, zərbələr ötən gecə beş silahlı şəxsin “sarı xətt” adlandırılan ərazidə İsrail tərəfdə yerləşən hərbçilərə yaxınlaşmasından sonra endirilib. İsrail Ordusu bu cür halları atəşkəs rejiminin “kobud şəkildə pozulması” kimi qiymətləndirir.

Seçilən
21
6
unikal.az

10Mənbələr