AZ

Qəzzaya hava zərbəsi endirib, 8 nəfər ölüb

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İsrail Ordusunun gecə saatlarında Qəzzaya endirdiyi hava zərbələri nəticəsində 8 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Fələstin KİV-ləri məlumat yayıb.

Məlumatlara görə, Qəzzanın cənubundakı Xan-Yunis bölgəsində endirilən zərbə nəticəsində dörd nəfər həyatını itirib. Daha dörd nəfər isə sektorun şimalında, Cəbəliyyə yaxınlığında endirilən zərbə nəticəsində ölüb.

Hazırda İsrail Ordusu məlumatlara rəsmi münasibət bildirməyib. "The Times of Israel" isə yazıb ki, zərbələr ötən gecə beş silahlı şəxsin “sarı xətt” adlandırılan ərazidə İsrail tərəfdə yerləşən hərbçilərə yaxınlaşmasından sonra endirilib. İsrail Ordusu belə halları atəşkəs rejiminin “kobud şəkildə pozulması” kimi qiymətləndirir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
13
apa.az

10Mənbələr