AZ

Premyer Liqa: "Neftçi" "Kəpəz"lə, "Sumqayıt" "Araz-Naxçıvan"la üz-üzə gələcək

Misli Premyer Liqasında XX turun daha iki oyunu bu gün keçiriləcək.

"Ölkə.az"ın məlumatına görə, günün ilk matçında "Neftçi" "Kəpəz"lə üz-üzə gələcək.

Yevlax şəhər stadionundakı qarşılaşma saat 14:30-da start götürəcək. "Ağ-qaralar" 27 xalla 7-ci, Gəncə klubu 13 xalla 11-ci pillədə qərarlaşıb.

Saat 17:00-da isə "Araz-Naxçıvan" - "Sumqayıt" oyunu baş tutacaq. "Gənclik şəhəri" təmsilçisi 30 xalla 5-ci, Naxçıvan komandası 27 xalla 6-cı yerdədir.

Misli Premyer Liqası

II dövrə, XX tur

15 fevral

14:30. "Kəpəz" – "Neftçi"

Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov

VAR: İnqilab Məmmədov

AVAR: Namiq Hüseynov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Yevlax şəhər stadionu

17:00. "Araz-Naxçıvan" – "Sumqayıt"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Zöhrab Abbasov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Zümrüd Ağayeva

"Liv Bona Dea Arena"

Qeyd edək ki, tura fevralın 16-da yekun vurulacaq. Ötən gün "Qarabağ" "İmişli"ni, "Zirə" "Karvan-Yevlax"ı (hər ikisi 1:0) məğlub edib.

Seçilən
24
6
olke.az

10Mənbələr