ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Rusiya sülhə hazır deyil və bunu hər gün nümayiş etdirir.
"Report"un "European Pravda" nəşrinə istinadən verdiyi məlumata görə, bu açıqlamanı Litva Respublikasının Prezidenti Gitanas Nauseda Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirəsində verib.
Litva lideri Ukrayna, ABŞ və Rusiyanın iştirakı ilə davam edən hazırkı danışıqlar prosesinə şübhə ilə yanaşır:
"Mənə elə gəlir ki, Rusiya bunu hər gün sübut edir və düşünürəm ki, o, sülhə hazır deyil və düşünmürəm ki, onlar sülh danışıqlarına hazırdırlar. Ola bilsin ki, bu, 2027-28-ci illərdə baş verəcək, amma 2026-cı ildə yox - çünki hər şey göstərir ki, onlar sadəcə danışıqlar prosesini simulyasiya edirlər və bu vaxt ərzində onlar ukraynalıların ruhunu qırmağa çalışırlar".
Litva Prezidenti həmçinin qeyd edib ki, Ukraynanın öz mövqeyini qoruyub saxlaya bilməsi tərəfdaşlarının köməyindən asılıdır: "İndi təcili olaraq ehtiyac duyulan şey davamlı dəstəyimiz, hazırlığımız və transatlantik tərəfdaşımızla birliyimizdir".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.