AZ

Zabratda təhlükəli mənzərə: Qopan ağac taxta dirəklərin ümidinə qalıb VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Paytaxtın Sabunçu rayonunda qopan ağac sakinlər üçün ciddi təhlükə mənbəyinə çevrilib.

Avtosfer.az xəbər verir ki, Zabrat 1 qəsəbəsi, Nəriman Nərimanov 23 küçəsində yerləşən 9 mərtəbəli yaşayış binasının həyətində güclü külək nəticəsində iri gövdəli ağac kökündən qoparaq aşma vəziyyətinə düşüb. Hadisə nəticəsində xəsarət alan olmasa da ərazidə yaşayan sakinlər, xüsusilə uşaqlar və yaşlı insanlar üçün real təhlükə yaranıb.

Sakinlərin sözlərinə görə, ağac tamamilə aşmasa da yarıaşmış vəziyyətdədir və istənilən an yerə çökə bilər. Binanın qarşısında yerləşən bu ağac həm piyada keçidinə, həm də avtomobillərin park etdiyi sahəyə yaxın olduğundan risk daha da artır. 

Bina sakinləri təhlükənin qarşısını müvəqqəti olaraq almaq üçün ağacın alt hissəsinə taxta dirəklər yerləşdiriblər. Lakin onların sözlərinə görə, bu tədbir yalnız müvəqqəti xarakter daşıyır və güclü külək və ya əlavə təzyiq zamanı dirəklər qırıla bilər.

Sakinlər aidiyyəti qurumlara müraciət edərək ağacın təhlükəsiz şəkildə kəsilməsi və ərazidən uzaqlaşdırılması üçün təcili tədbir görülməsini xahiş edirlər. Onlar bildirirlər ki, gecikmə baş verərsə, bu vəziyyət arzuolunmaz nəticələrə səbəb ola bilər.

Eltac

Oxunub 24

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
99
avtosfer.az

1Mənbələr