AZ

Ərəblər "Real"ın yarımmüdafiəçisini transfer etmək istəyirlər

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu “Real Madrid”in yarımmüdafiəçisi Eduardo Kamavinqanı transfer etmək üçün əhəmiyyətli maliyyə təklifi hazırlayır.

Publika.az xəbər verir ki, bu barədə “365Scores” məlumat yayıb.

Klub Kamavinqanı “Fənərbağça”ya keçən N’Golo Kantenin əvəzedicisi kimi görür.

Kamavinqanın “Real Madrid”lə 2029-cu ilin yayına qədər uzunmüddətli müqaviləsi var, lakin Səudiyyə Ərəbistanı Pro Liqasında təklif olunan əhəmiyyətli maliyyə şərtləri nəzəri olaraq İspaniya klubuna narahatlıq yarada bilər.

Seçilən
23
publika.az

1Mənbələr