AZ

"Onun həmişə bir arzusu olub: "Real"da oynamaq" - Baş məşqçisi gizlətmədi

"Onun həmişə bir arzusu olub: "Real"da oynamaq".

Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, bunu "Liverpul"un və Macarıstan millisinin yarımmüdafiəçisi Dominik Soboslainin formasını geyindiyi yığmanın baş məşqçisi Marko Rossi deyib.

İtaliyalı mütəxəssis əlavə edib: "Dominik futbol oynamağa başlayandan onunla çox yaxın münasibətim var. Hər zaman "Real"da çıxış etmək istəyib.

Bilmirəm, bu addımı atacaq, ya yox, çünki bu məsələdə klubun da mövqeyi önəmlidir. "Liverpul"da qalaraq yeni müqavilə bağlayacağını da istisna etmirəm. Dominikə "Liverpul"da dəyər veriblər. O, komandası üçün vacib oyunçudur, "Liverpul" isə dünyanın ən böyük klublarından biridir".

Soboslai İngiltərə nəhənginə 2023-cü ildə "Leyptsiq"dən transfer olunub. Cari mövsüm bütün turnirlərdə 34 matça çıxan orta xətt oyunçusu 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 85 milyon avro ilə dəyərləndirir. 

Nihat

Seçilən
12
fanat.az

1Mənbələr