AZ

Rubio: ABŞ Norveçlə kritik minerallar sahəsində tərəfdaşlığa ümid edir

ABŞ Norveçlə kritik minerallar sahəsində tərəfdaşlığa ümid edir.

APA xəbər verir ki, bunu ABŞ Dövlət Katibi Marko Rubio Norveçin baş naziri Yonas Qar Stere ilə görüşdən sonra açıqlayıb.

"Norveç baş naziri Yonas Qar Stere ilə görüşümdə Norveçin Arktika təhlükəsizliyindəki kritik rolunu və Qrenlandiyanın strateji əhəmiyyətini müzakirə etdik. Biz Norveçlə, o cümlədən kritik minerallar sahəsində təchizat zənciri təhlükəsizliyi sahəsində əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik", - Rubio bildirib.

Seçilən
9
1
apa.az

2Mənbələr