Danimarkanın Baş naziri Mette Frederiksen Münhen Təhlükəsizlik Konfransında debatlar zamanı Qrenlandiyanın dəyərini müəyyən etməkdən imtina edib.
"Report" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Frederiksen Qrenlandiyanın dəyərini qiymətləndirə biləcəyi barədə suala mənfi cavab verib. "Əlbəttə ki, yox", - Baş nazir bildirib.
O həmçinin qeyd edib ki, suveren dövlətlərə və insanların öz müqəddəratını təyin etmək hüquqlarına hörmət etmək lazımdır. "Qrenlandiya sakinləri amerikalı olmaq istəmədiklərini aydın şəkildə bildiriblər", - Frederiksen vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Danimarkanın Baş naziri Münhe Təhlükəsizlik Konfransında Danimarka və Amerika tərəfləri arasında Qrenlandiya ilə bağlı mübahisənin həll olunmadığını bəyan edib.