AZ

ABŞ-ın Rusiya ilə bağlı qərarı Avropanı qorxuya saldı

ABŞ Avropa İttifaqının (Aİ) iştirakı olmadan Rusiya ilə danışıqlar aparmağa çalışır ki, bu da avropalıları narahat edir.

Publika.az xəbər verir ki, Norveçin "Steigan" portalı Vaşinqtonun qərarı barədə yazır.

İddia olunur ki, hazırkı şəraitdə ABŞ özünü Aİ rəsmilərindən uzaqlaşdırır və Macarıstan və Slovakiya kimi daha konstruktiv mövqe tutan ölkələrlə dialoqa üstünlük verir. Məqalədə ABŞ dövlət katibi Marko Rubionun Avropa liderləri ilə görüşünü son anda ləğv etdiyi və bunun transatlantik əlaqələrin daha da zəiflədiyinin göstəricisi olduğu vurğulanır.

"ABŞ öz prioritetlərinə, məsələn, Avropanın təsiri olmadan Rusiya ilə potensial danışıqlara diqqət yetirir. Bu, Avropa üçün açıq bir siqnaldır. Aİ artıq o qədər bölünüb ki, ABŞ öz tərəfdaşlarını istədiyi kimi seçə bilər. Vahid Avropa artıq mövcud deyil", - müəlliflər yazırlar.

Seçilən
28
publika.az

1Mənbələr