AZ

Sudanda Nil çayında bərənin batması nəticəsində 16 nəfər ölüb

Qahirə, 15 fevral, AZƏRTAC

Sudanda əl-Nil əl-Abyad əyalətinin Vad əl-Zaki bölgəsində bərənin batması nəticəsində 12 nəfər ölüb. Qayıqda olan dörd nəfərin xilas olduğu bildirilir.

AZƏRTAC Sudan Həkimlər Şəbəkəsinə istinadla xəbər verir ki, təhlükəsizlik qaydalarının pozulması səbəbindən son günlər çay nəqliyyatında belə hadisələrin sayı artıb.

Sudan Həkimlər Şəbəkəsi müvafiq orqanları bütün Nil qayıqlarında və bərələrində təhlükəsizlik qaydalarına riayət olunma səviyyəsini nəzərdən keçirməyə çağırıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
21
azertag.az

1Mənbələr