AZ

Qəzzada HƏMAS-ın tərksilah prosesinə martda başlanılması nəzərdə tutulur

Bakı, 15 fevral, AZƏRTAC

HƏMAS hərəkatının tərksilah prosesinə mart ayında başlamaq planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət televiziyası Sülh Şurasındakı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, HƏMAS-ın tərksilahı Qəzzada yeni texnokratik hökumət formalaşdırıldıqdan və hərəkatın əvvəlki səlahiyyətləri həmin hökumətə ötürüldükdən sonra başlayacaq. Bildirilir ki, silahsızlaşdırma prosesinin ilk mərhələsi Qəzzanın cənubunda yerləşən Rəfah şəhərindən start götürəcək.

Sülh Şurasına üzv ölkələrin liderlərinin ilk görüşü fevralın 19-da ABŞ paytaxtında keçiriləcək.

Seçilən
20
1
azertag.az

2Mənbələr